Cümə günü Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub, regionda vəziyyət müzakirə olunub.
“Telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib”, - Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilir.
Vurğulanır ki, Bayramov və Çavuşoğlu həmçinin bölgədə mövcud vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
R.Əhmədov