Son aylar ərzində Laçın yolundan 3000-dən çox nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şənbə günü Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüş zamanı bəyan edib.
Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.**
V.Əliyev