Azərbaycanda koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 492-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 28 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 116 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 229 nəfər (sutka ərzində +20) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 147 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1261 (ötən gün 1205 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 521 min 187 test aparılıb.**
V.Əliyev