Azərbaycan tərəfinin legitim tələblərinin cavablandırılmaması Xankəndi-Laçın yolundakı etiraz aksiyasına səbəb olub. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bəyan edib.
Bayramov qeyd edib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiya iştirakçılarının əsaslı tələbləri var, məsələlər açıq olaraq qalır. “Bu səbəbdən, aksiya öz axarı ilə davam edir”.
Nazir gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri barədə suala cavabında məlumat verib ki, rusiyalı həmkarı ilə görüşdə həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək.
“Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var. Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizdən əlavə regional məsələlər müzakirə predmeti olacaq”, - Bayramov deyib. **
V.Əliyev