Dağıstan hökuməti Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu Dağıstan hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov deyib.
““Dağıstan Respublikası və Azərbaycan Respublikası arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planı”nda ticari-iqtisadi əməkdaşlığın inkişafına və sərmayələrin cəlb edilməsinin intensivləşdirilməsinə xüsusi diqqət ayrılır. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin, mədəni-humanitar əlaqələrin, kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üzrə əməkdaşlıq, Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sərhədində keçid məntəqələrinin buraxılış gücünün artırılması üçün infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
A.Abdulmüslümov hökumətə qeyd olunan istiqamətlərdə fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.*
X.Nəsirzadə