Azərbaycan və İslam İnkişaf Bankı (İİB) birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılmasını müzakirə edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik”, - deyə nazir Facebook səhifəsində yazıb.*
B.Rüstəmbəyov