Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7999 manat/1EUR səviyyəsində (fevralın 27-nə 1.7934 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0228 manat/1RUB səviyyəsində (fevralın 27-nə 0.0224 manat/1RUB) müəyyən edib.
Fevralın 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.09 manat/1TRY səviyyəsində (fevralın 27-nə 0.0901 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə