2022-ci ildə Azərbaycan $152 milyon 974,05 min dəyərində 675,829 min ədəd smartfon idxal edib.
Hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, idxal edilmiş smartfonların əsas hissəsi - $90 milyon 280,34 min dəyərində 407,908 min ədəd smartfon Çindən, 37 milyon 607,91 min dəyərində 177,765 min ədəd smartfon Vyetnamdan, $24 milyon 709,64 min dəyərində 88,325 min ədəd smartfon isə Hindistandan gətirilib.
Smartfonların qalan hissəsi İsveçrə, Malayziya, Tailand, Almaniya, ABŞ və digər ölkələrdən idxal olunub.
Bundan başqa, 2022-ci ildə Azərbaycana $92 milyon 648,86 min dəyərində (azalma 60,7%) 467,758 min ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatı idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 70,4% azdır.
Mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatlarının əsas hissəsi ($53 milyon 434,7 min dəyərində 270,369 min ədəd) Çindən gətirilib.
Əsas tədarükçülər arasında Vyetnam ($27 milyon 112,62 min dəyərində 144,899 min ədəd) və Hindistan da ($11 milyon 471,69 min dəyərində 51,915 min ədəd) yer alır.*
N.Abbasova