BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi bu həftə Azərbaycana səfər edəcək. Bu barədə təşkilatın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Koroşi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak edəcək. O, martın 2-də bu tədbirdə çıxış edəcək.
“Səfər çərçivəsində Koroşinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir”, - deyə məlumatda bildirilir.
Səfər martın 3-də başa çatacaq.*
R.Əhmədov