Bakı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə davam edəcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan üçtərəfli bəyanatların, ilk növbədə, 9/10 noyabr (2020-ci il - İF) tarixli, eləcə də müvafiq olaraq 2021 və 2022-ci illərdə qəbul edilmiş sənədlərin qeyd-şərtsiz yerinə yetirilməsinə tam sadiqdir”, - deyə o, bu gün Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasında çıxışı zamanı bildirib.
XİN başçısı qeyd edib ki, Bakı və Moskvanın Cənubi Qafqazda sülh gündəliyinin təşviqi, onun dayanıqlı sülh regionuna çevrilməsi, qeyri-sağlam rəqabət və revanşizm cəhdlərinin neytrallaşdırılması ilə bağlı mövqeləri üst-üstə düşür.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün keçirilən danışıqlara toxunan Bayramov qeyd edib ki, “bizim çox ətraflı, maraqlı söhbətimiz oldu”.*
R.Kərimov