Azərbaycanda koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 548-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 119 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 281 nəfər (sutka ərzində +36) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 148 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2110, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 524 min 850 test aparılıb.*
B.Rüstəmbəyov