Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Bankının sədri Qalimjan Pirmatovla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Görüş zamanı iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunub.
“Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılıb”, - deyə məlumatda bildirilib.*
X.Nəsirzadə