Azərbaycanda koronavirus infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 588-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 33 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 119 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 310 nəfər (sutka ərzində +29) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 159 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2,049 min, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 526 min 899 test aparılıb.*
X.Nəsirzadə