2023-cü il fevralın 28-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $9 milyard 43,8 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin yanvar-fevral aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,5% artıb.
Fevralda AMB-nin valyuta ehtiyatları 0,2% və ya $17,6 milyon azalıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.*
X.Nəsirzdə