Azərbaycan Mərkəzi Bankı (AMB) martın 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8101 manat/1EUR səviyyəsində (martın 1-nə 1.8007 manat/1EUR) müəyyən edilib.
AMB martın 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0227 manat/1RUB səviyyəsində saxlayıb.
Martın 2-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.09 manat/1TRY səviyyəsində saxlanılıb.*
X.Nəsirzadə