2023-cü il fevralın 28-nə Azərbaycanda pul bazasının həcmi 17 milyard 248,7 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. Beləliklə, 2023-cü ilin yanvar-fevral aylarında pul bazası 1,2% azalıb.
Fevralda Azərbaycanda pul bazası 363,8 milyon manat və ya 2,2% artıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə