“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Konteyner” MMC İstanbul-Daşkənd və Mersin-Daşkənd marşrutu üzrə “CASCA EXPRESS” konteyner blok qatarı ilə yükdaşımalara başlayıb. Bu barədə “ADY Konteyner”in məlumatında deyilir.
Yükdaşımalar CASCA+ multimodal nəqliyyat marşrutu çərçivəsində həyata keçirilir.
“Konteyner qatarı uzunluğu 4000 km-dən çox olan “Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Bolqarıstan/Avropa” marşrutu üzrə hərəkət edəcək”, - deyə məlumatda bildirilir.
Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.
Layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), “TULM” ASC (Türkmənistan), “ADY Konteyner” MMC (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.*
B.Rüstəmbəyov