Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Azərbaycana gəlib.
“Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edirəm. Qoşulmama Hərəkatının liderləri ilə ən böyük yardım əməliyyatımızı müzakirə etdim: AEBA pandemiyanın ən qızğın dövründə və pandemiyadan sonra xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrə vaxtında dəstək göstərib”, - deyə o, bu gün “Twitter”də yazıb.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü martın 2-də Bakıda keçirilir.*
R.Kərimov