Prezident İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının baş naziri Ayman Benabderrahman ilə görüşdə əlcəzairli həmkarı Abdelmacid Tebbunu Azərbaycana səfərə dəvət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib.
O qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.
Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini vurğulayıb.*
B.Rüstəmbəyov