Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8036 manat/1EUR səviyyəsində (martın 2-nə 1.8101 manat/1EUR) müəyyən edilib.
AMB martın 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0225 manat/1RUB səviyyəsində (martın 2-nə 0.0227 manat/1RUB) müəyyən edib.
Martın 3-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0902 manat/1TRY səviyyəsində (martın 2-nə 0.09 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə