Dövlət Vergi Xidməti (DVX) yanvar ayında böyük həcmdə nizamnamə kapitalına malik olan iki şirkəti qeydiyyata alıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, “VOLEYBOL MƏRKƏZİ” MMC 2023-cü il yanvarın 23-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3 milyon 739,824 min manat, qanuni təmsilçisi Fərrux Zərbəliyevdir.
Bundan başqa, yanvarın 23-də 1 milyon 713,42 min manat nizamnamə kapitalı ilə “AGIR ATLETİKA MƏRKƏZİ” MMC qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Əmirbəy Sultanovdur.*
B.Rüstəmbəyov