“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisi Bakıya təcili eniş edib.
““Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub. “Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib”, - deyə aeroportun mətbuat xidmətindən bildirilib.
Son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir.
“Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən “Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova