Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniya Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.
“Biz Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına hazırıq. Biz ümumi sərhədlərimizin tam açılacağına ümid edirik. Bu istiqamətdə kiçik, lakin ümidverici addımlar var”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanması üçün heç vaxt ilkin şərt irəli sürməyib.
“Hesab edirik ki, biz qonşuyuq və münasibətlərimiz olmalıdır”, - deyə baş nazir qeyd edib.
O, eyni zamanda, Azərbaycanın mövqeyinin Türkiyə ilə münasibətlərin qurulmasında əsas maneə olduğunu vurğulayıb.*