Martın 3-də Nyu-Dehlidə “Raysin dialoqu” 8-ci beynəlxalq konfransı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
“Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalar yoxlanılıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Lavrov və Mirzoyan, həmçinin Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında da fikir mübadiləsi aparıblar. “Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib”, - deyə XİN-dən qeyd olunub.*
R.Əhmədov