Dövlət Vergi Xidməti (DVX) 2022-ci ilin dekabr ayında böyük həcmdə nizamnamə kapitalına malik bir neçə şirkəti qeydiyyata alıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən bildirir ki, 2022-ci il dekabrın 2-də “MG GREEN GROUP” MMC (VÖEN 2007742441) qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 355 min manat, qanuni təmsilçisi Şamil Qənbərovdur.
Bundan başqa, dekabrın 27-də “KRONOS AGRO” MMC (VÖEN 1406288701) qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 160 min manat, qanuni təmsilçisi Pərvinə Hüseynovadır.
Dekabrın 1-də “FREYSSINET AZERBAIJAN” MMC (VÖEN 1308071941) qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Türkiyə vətəndaşı Arda Özkıyıcıdır.
Dekabrın 21-də qeydiyyata alınmış “GLOBAL EXCHANGE AZERBAIJAN” MMC-nin (VÖEN 3201674691) nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Rövşən Rüstəmovdur.*
B.Rüstəmbəyov