Azərbaycanda koronavirus infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,648 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 40 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10126 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,351 min nəfər (sutka ərzində +24) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 171 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827 (ötən gün 2,292 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 530,018 min test aparılıb.*
X.Nəsirzadə