Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birinə silahlı hücum olub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
KİV-in məlumatına görə, hücum nəticəsində bir polis əməkdaşı ölüb, iki nəfər yaralanıb.*
V.Əliyev