Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 682-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 20 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 127 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 366 nəfər (sutka ərzində +15) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 189 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1415 (ötən gün 827 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 531 min 433 test aparılıb.*
V.Əliyev