Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Azərbaycanın donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak edəcək.
Səfər çərçivəsində Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.*
V.Əliyev