Azərbaycanda koronavirus infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 721-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 34 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 129 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 383 nəfər (sutka ərzində +17) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 209 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 912 (ötən gün 1415 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 532 min 345 test aparılıb.*
V.Əliyev