Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.*
V.Əliyev