Azərbaycan Mərkəzi Bankı (AMB) martın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8092 manat/1EUR səviyyəsində (martın 3-nə 1.8036 manat/1EUR) müəyyən edilib.
AMB martın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0225 manat/1RUB səviyyəsində saxlayıb.
Martın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0900 manat/1TRY səviyyəsində (martın 3-nə 0.0902 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov