2023-cü ilin yanvar-fevral aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracının həcmi$651,42milyon təşkil edib, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 36,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən məlumat verir.
Agentliyin məlumatına görə, fevralda qeyri-neft ixracının həcmi$366,92milyon (2022-ci ilin fevral ayının göstəricisindən +1,5 dəfə) təşkil edib.
Xəbbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon təşkil edib, bu da 2021-ci ilin gööstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilə qədər qeyri-neft ixracının həcmi $5 milyardadək artacaq. **
B.Rüstəmbəyov