Latviya prezidenti Eqil Levits 8-9 mart tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Latviya prezidentinin dəftərxanasından məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində Levitsin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları gözlənilir. Danışıqlar zamanı dövlət başçıları ikitərəfli münasibətləri, Avropa İttifaqı ilə Azərbayan arasında dialoqu, Avropa təhlükəsizliyi və Avropa üçün alternativ enerji mənbələrinin tədarük kanallarının inkişafı məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. **
R.Kərimov