Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, bunu Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə görüş zamanı qeyd edib.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir.
Öz növbəsində, Macarıstanın iqtisadi inkişaf naziri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib. **
B.Rüstəmbəyov