Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,730 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 39 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.Ölənlərin ümumi sayı 10129 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,386 min nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 614 (ötən gün 912 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 532 min 959 test aparılıb.**
X.Nəsirzadə