Bakı Brüssel sülh gündəliyinə sadiqdir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Azərbaycanın dövklət başçısının saytındakı məlumata əsasən, bu barədə Əliyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.
“Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı (2023-cü ilin fevral ayında - İF) çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladı və Azərbaycanın Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğuladı”, - məlumatda qeyd edilir.
Klaar öz növbəsində Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini dedi.
“Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanıb. **
B.Rüstəmbəyov