Moskva Qarabağda gərginliyin artması ilə əlaqədar narahatlıq ifadə edib, İrəvan və Bakını təmkinli olmağa çağırır.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlıq ifadə edirik. Son günlər ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfindən insanların ölümü ilə nəticələnən silahlı insident baş verib”, - RF XİN-in rəsmisi Mariya Zaxarovanın şərhində qeyd olunur.
Diplomat vurğulayıb ki, “tərəfləri təkidlə təmkinli olmağa və vəziyyətin deeskalasiyası ilə bağlı addımlar atmağa çağırırıq”. O, tərəfləri 2020-ci il noyabr tarixli atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması üzrə razılaşmaya riayət etməyə çağırıb.
“Rusiya sülhməramlı kontingentin (RSK) məsuliyyət zonasında təhlükəsilzik və həyat fəaliyyətinə dair istənilən məsələlər RSK-nın himayəsi altında tərəflər arasında sülh yolu ilə həll olunmalıdır”, - şərhdə deyilir.
Zaxarova əmindir ki, “baş verən hadisə Bakı və İrəvanın 9 noyabr 2020-ci il və 11 yanvar və 26 noyabr 2021-ci il, o cümlədən 31 oktyabr 2022-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin, həmçinin regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh müqaviləsinin hazırlanmasına dair üçtərəfli bəyanatlarının müddəalarının reallaşdırılması çərçivəsində tezliklə danışıqlara qayıtmaq tələbini bir daha təsdiqləyir”. **