Son əylar ərzində Azərbaycan və Ermənistan münasibətlərin normallaşması yolunda mühüm irəliləyiş əldə ediblər. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono belə hesab edir.
ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib ki, bu barədə Bono bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
“O, ABŞ Dövlət katibi Antoni Blinkenin danışıqlar prosesinə cəlb olunduğunu və son aylar ərzində hər iki tərəfin mühüm irəliləyiş əldə etdiyini qeyd edib”, - diplomatik nümayəndəliyin Twitter hesabında dərc olunan məlumatda Bononun sözlərindən sitat gətirilir.
Xəbər verildiyi kimi, bazar ertəsi Bono Cənubi Qafqaz ölkələrinə səfərini Azərbaycandan başlayaraq Bakıya gəlib. **
R.Kərimov