Azərbaycan Xarici İşlər Nazirliyinin spikeri Ayxan Hacızadə bəyan edib ki, terrorizm hərbi personalın, silahların, minaların daşınması ilə Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən İrəvanın siyasətinin davamıdır.
“Baş nazir Nikol Paşinyan, terrorizm hərbi (erməni - İF) personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin (Ermənistanın - İF) və hərbi təcavüzün davamıdır”, - Hacızadə Twitter hesabında yazıb.
O, həmçinin əlavə edib ki, “Ermənistanın bu cür qanunsuz hərəkətlərinin (martin 5-də Qarabağ iqtisadi rayonunda törədilən - İF) qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”.
Bazar ertəsi Paşinyan Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey ilə görüş zamanı Azərbaycanı terrorçuluqda ittiham edib. **
R.Əhmədov