Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8172 manat/1EUR səviyyəsində (martın 6-na 1.8092 manat/1EUR) müəyyən edilib.
AMB martın 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0225 manat/1RUB səviyyəsində saxlayıb.
Martın 7-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0899 manat/1TRY səviyyəsində (martın 6-na 0.0900 manat/1TRY) müəyyən edilib.*
N.Abbasova