2023-cü ilin yanvar ayında Azərbaycan İtaliyaya neftin əsas tədarükçüsü olaraq qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İtaliya Ətraf Mühit və Enerji TəhlükəsizliyiNazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, yanvarda İtaliyaya neft idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə təxminən 11,1% artaraq (2022-ci ilin dekabr ayının göstəricisinbə nisbətən təxminən 11% azalaraq) 4 milyon 859,881 min ton təşkil edib.
Yanvarda İtaliyaya neftin əsas tədarükçülərin beşliyinə İraq (1 milyon 46,089 min ton), Azərbaycan (675,357 min ton: Azeri Light - 459,794 min ton, Azeri Blend – 215,563 min ton), Liviya (674,588 min ton), ABŞ (619,839 min ton) və Qazaxıstan (568,358 min ton) daxil olub.
Ardıcıl iki aydır ki, Rusiya İtaliyaya tədarük həyata keçirməyib.
2023-cü ilin yanvar ayında Azərbaycandan İtaliyaya neft tədarükü ötən ilin ayanvar ayı ilə müqayisədə 22,2%, 2022-ci ilin dekar ayı ilə müqayisədə (Azərbaycan İtaliyaya əsas neft tədarükçüsü olduğu zaman) 21% azalıb.
Yanvarda Azeri Light neftinin bir bareli $89,32 (ildən ilə azalma 4,3%, dekabr ayı ilə müqayisədə artım 2,3%), Azeri Blend neftinin bir bareli – $93,07 (ildən ilə artım 11,7% və dekabr ayı ilə müqayisədə 9,9%), Qazaxıstanın CPC Blend və KEBCO neftinin bir bareli – müvafiq olaraq $78,70 və $75,85-ə alınıb.
Yanvarda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,98 (2022-ci ilin dekabr ayında $85,5) təşkil edib. Ən bahalı neft növü Forties ($95,67), ən ucuz neft növü isə “Basrah Heavy” (Fao Blend) nefti ($63,55) olub. **
R.Kərimov