07.03.2023 12:37

Azərbaycan bankları bu gün valyuta hərracında $44,8 milyon cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $44,8 milyon satıb.

Martın 2-də keçirilən hərracda banklara $51,7 milyon məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb $44,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

ARDNF 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci illə müqayisədə azalma 30%) satıb.**

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.