Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” mayın 4-dən etibarən Bakı-Trabzon-Bakı istiqamətində uçuşlara başlayacaq.
“Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək”, - “İnterfaks-Azərbaycan”a aviaşirkətdən məlumat verilib.
Aviabiletləri www.butaairways.az saytında, həmçinin www.azal.az saytında və aviaşirkətin mobil tətbiqində əldə etmək mümkündür.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. Əsası 2016-ci ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib.
Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İranvə Bolqarıstanda 10 beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir.
Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. **
N.Abbasova