Rusiya hökuməti 2023-cü ildə 17 Azərbaycan gəmisinə Xəzər dənizindən Azov dənizinə və Volqa-Don kanalı ilə geri istiqamətdə tranzitə icazə verib.
“RF hökuməti 2023-cü ildə 17 Azərbaycan gəmisinə Həştərxandan Volqa çayı ilə Volqa-Don gəmiçilik kanalı vasitəsilə Rostov-na-Donu şəhərinə marşrut üzrə və geri istiqamətdə Xəzər dənizindən Azov dənizinə keçidə icazə verib. Rusiyanın rəsmi hüquqi informasiyaportalında 4 mart 2023-cü ildə RF-nin baş naziri Mixail Mişustinin imzaladığı müvafiq sərəncam dərc olunub”, - “İnterfaks-Azərbaycan” “Rusiya gəmiçiliyi” portalına istinadən məlumat verir.
Azərbaycan bayrağı altında üzən “Qaradağ”, “Teymur Əhmədov”, “Maestro Niyazi”, “Qafur Məmmədov”, “Üzeyir Hacıbəyli”, “Natavan”, “Rəsul Rza”, “Hüseyn Cavid”, “General Aslanov”, “Şair Sabir”, “Şair Vaqif”, “Mahmud Rəhimov”, “Gəncə”, “Professor Əziz Əliyev”, “Laçın”, “Kəlbəcər”, “Akademik Xoşbəxt Yusifzadə” gəmilərinə Rusiyanın daxili su kanalları ilə Xəzər dənizindən Azov dənizinə tranzit üçün çoxdəfəli keçidə icazə verilib. **
N.Abbasova