Azərbaycanda koronavirus infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 783-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 9 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 135 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 418 nəfər (sutka ərzində +32) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 230 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 664 (ötən gün 614 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 534 min 623 test aparılıb.**
X.Nəsirzadə