Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır”, - Əliyev çərşənbə günü Latviya prezidenti Egils Levits ilə danışıqların yekunlarına dair bildirib.
Onun rəyinə görə, Levitsin Azərbaycana səfəri Bakı ilə Riqa arasında “sıx əməkdaşlığın parlıq təzahürüdür”.
“Bizim çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, prezidentin (Latviya prezidenti Levitsin - İF) bugünkü səfəri sıx əməkdaşlığımızın parlaq təzahürüdür”, - Azərbaycanın dövlət başçısı qeyd edib.
“Birgə iqtisadi komissiyamız çox fəal fəaliyyət göstərir, həmçinin dövri olaraq iclaslar keçirir”, - Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, çərşənbə günü Latviya prezidenti Egils Levits Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. Səfərin ilk günü o, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. **
R.Kərimov