Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Egils Levitsin geniş tərkibdə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, çərşənbə günü Latviya prezidenti Egils Levits Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. Səfərin ilk günü o, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Levits X Qlobal Bakı Forumunda iştirak edəcək. **
R.Kərimov