Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişin əksər hissəsi artıq razılaşdırılıb.
O qeyd edib ki, Bakı “Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalayıb və ya qəbul edib”.
“Bu, Avropa Komissiyası ilə Azərbaycan arasında müzakirə olunan saziş üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Buna görə, biz son addım atmalıyıq. Ümid edirəm ki, bu tezliklə baş tutacaq”, - Əliyev çərşənbə günü Latviya prezidenti Egils Levits ilə Bakıda danışıqların yekunlarına dair bildirib. **
R.Kərimov