Latviya prezidenti Prezident Egils Levits bəyan edib ki, Riqa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının ərazi bütövlüyü prinsipinə əsasən həllinin tərəfdarıdır.
“Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir”, Levits çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair bildirib.
O qeyd edib ki, “belə bir sülh sazişinə nail olmağın vaxtıdır” və əlavə edib ki, “biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik”.
“Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın”, - Levits bildirib. **
R.Kərimov